Olimpiadanın birinci mərhələsinin qalibləri

VI Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb.Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının ilkin mərhələsində 22531 şagird iştirak edib.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.
Liseyimizin şagirdləri də qaliblər arasındadır.
Hüseyn Məmmədov -6''A'',Əli Rəcəbli-6''A'',Ayan İmanzadə-6''C'',Yusuf Kərimli-6''E'',Leyla Kərimova -6''E'',Afət Rüstəmli -6''C'' riyaziyyat fənni üzrə ,Tunar Həmdullayev -7''A'',Eldar Hüseynov -7''A'' fizika fənni üzrə I mərhələnin qalibi olmuşlar.
Birinci mərhələnin qalibi olan şagirdlərimizi təbrik edirik.Onlara növbəti mərhələdə uğurlar arzu edirik.