Qarabağ birincilərin gözü ilə

        Liseyimizdə vətənpərvər mövzularda onlayn tədbirlərin təşkil olunması,maraqlı videoçarxların hazırlanması təqdirəlayiqdir.Liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidova şagirdlərimizə bilik,savad verməklə yanaşı,onların vətənpərvər ruhda böyüməsi istiqamətində də daim əhəmiyyətli rol oynamışdır.Hər zaman öz rəngarəng,maraqlı çıxışları ilə seçilən 1"C" sinif şagirdlərimiz bu dəfə də  "Qarabağ uşaqların gözü ilə" layihəsi üçün gözəl əl işləri,rəsm əsərləri hazırladılar.Şagirdlərimizin yaradıcı rəsm əsərləri bir videoçarx şəklində təqdim olundu.1 "C" sinif şagirdlərinin çəkdiyi rəsm əsərlərində igid əsgərlərimizin şücaəti,xarıbülbüllü Şuşamız,əzəli və əbədi Qarabağımız ən gözəl halı ilə öz əksini tapdı.Distant  dərsdə təqdim olunan videoçarxın sonunda sinif rəhbəri Türkan Məcidova bu şanlı qələbəni xalqımıza yaşadan Ali Baş Komandanımıza,igid əsgər və zabitlərimizə öz dərin minnətdarlığını bildirərək,bütün şəhidlərimizi ehtiramla yad etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi