Balaca rəssamlarımız

Liseyin 4"A" və 3"A" sinif şagirdləri Həsənli Səbirə və Həsənli Rəna rəssamlıq sahəsində ilk və uğurlu addımlarını atırlar .Müxtəlif müsabiqə və yarışmalara qatılaraq qaliblər sırasında yer alırlar ." Nizami ili "-də "Xəmsə möcüzəsi" rəsm müsabiqəsinə "Bayquşların söhbəti", Bakı Kitab Mərkəzinin təşkil etdiyi "Evdə qalmağın xeyri" nağıl müsabiqəsində, "Gənc istedadlar" müsabiqəsində ,Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Qarabağ abidələri ","Biz Zəfər qazandıq" adlı rəsm müsabiqələrində müxtəlif rəsm əsərləri ilə qatılaraq uğurlu yerlər qazanmışlar .O cümlədən , Macarıstan səfirliyinin təşkil etdiyi "Macarıstan günləri" ,Bolqarıstan səfirliyinin keçirdiyi"Bolqarıstan uşaqların gözü" ilə rəsm müsabiqəsində də iştirak edərək qaliblərdən olmuşlar.Balaca rəssamlara yeni -yeni uğurlar arzulayırıq.