"Hər kitab bir xəzinədir "layihəsi uğurla başa çatdı

UNESKO-nun qərarına əsasən aprel ayının 23-ü beynəlxalq səviyyədə qeyd edilən “Ümumdünya Kitab Günü “ ilə əlaqədar keçirilən “Hər kitab bir xəzinədir” sosial layihəsi liseydə uğurla başa çatdı. Layihədə liseyin hər iki bölməsinin şagird və müəllimləri ,o cümlədən valideynlər də yaxından iştirak etdilər.Layihə iştirakçıları oxuduqları əsərlərdən bəyəndikləri sitatı oxumaqla bir dəqiqəlik videoya çəkmiş və liseyin rəsmi Facebook səhifəsində paylaşılmışdır.Layihənin həyata keçirilməsində,şagirdlərin layihəyə cəlb olunmasında ,videosüjetlərin toplanmasında ,sosial şəbəkədə yerləşdirilməsində liseyin dil-ədəbiyyat müəllimləri,kitabxana müdiri Samirə Rzayeva ,musiqi müəllimi Təranə Rəsulova xüsusilə fəallıq göstərmişlər.Şagirdlərin ən çox mütaliə etdikləri müəllif Nizami Gəncəvi olmuşdur.Bu layihə şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsi ,kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsində əhəmiyyətli rol oynamışdır.