Böyük zəfərin başlanğıcı

Bu gün 2016- cı ilin Aprel döyüşlərindən 5 il ötür.Liseyin distant və əyani dərslərində 5 günlük müharibə haqqında şagirdlərə məlumat verildi,videoçarxlar göstərildi ,aprel şəhidlərinin xatirəsi yad edildi.Liseyin ibtidai sinif müəllimləri Türkan Məcidova ,Zahirə Tahirova,tarix müəllimi Musa Quliyev,musiqi müəllimi Təranə Rəsulova  bugünkü dərslərində bu döyüşlərin tarixi əhəmiyyətindən söhbət açdılar. Onlar qeyd etdilər ki,tarixə"Böyük zəfərin başlanğıcı" kimi düşən Aprel döyüşləri ,həqiqətən ,Qarabağa qayıdışımızı sürətləndirdi. Müəllimlər bu döyüşlər zamanı azad olunan yüksəklik və yaşayış məntəqələri haqqında şagirdləri geniş məlumatlandırdılar,şagirdlər qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi