Aprel döyüşlərindən 5 il ötür

02.04.2021-ci il tarixdə liseydə Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə xüsusi dərslər keçildi. Liseyin dil-ədəbiyyat müəllimi A. Nəbiyeva 6”A”və 6”D” sinfində Ana dili dərslərini Aprel döyüşləri və bu döyüşlərin qəhrəman şəhidlərinə həsr etdi. Dərslərdə 02 apreldə başlanan döyüşlər haqqında hazırlanmış videosüjetlər göstərildi.  A.Nəbiyeva Müzəffər ordumuzun azad etdikləri strateji yüksəkliklər ,yaşayış məntəqələri ilə şagirdləri  tanış etdi,döyüşlər zamanı xüsusi şücaət göstərərək yüksək ad və təltiflərə layiq görülən Azərbaycan Respublikasının Milli Qəhrəmanları general –mayor Polad Həşimov ,Şükür Həmidov ,Mais Bərxudarov və digər qəhrəman oğullarımız haqqında danışdı ,onların həyat və döyüş yolunu şagirdlərə örnək göstərdi.O döyüşlərdən sağ çıxan Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun bir əvvəlki müsahibəsini şagirdlərə təqdim etdi və qeyd etdi ki,mənfur düşmən   gülləsi qəhrəmanı aprel döyüşlərindən başlanan böyük qələbəmizi görməyə imkan vermədi. Bu gün qazanılan zəfərə bizi addım –addım yaxınlaşdıran , gözəl Qarabağımıza əbədi qayıdışımızı sürətləndirən Aprel şəhidlərimizin ,eləcə də bütün şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla anıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi