Sağlam həyat tərzini şərtləndirən amillər

            30.03.2021-ci il tarixdə liseyin psixoloqu Kəmalə Məmmədova 9”A” sinfində “Sağlam həyat tərzimiz və zərərli vərdişlər “mövzusunda söhbət aparmışdır.O,şagirdlərlə keçirdiyi müzakirələrdə onlar üçün təhlükəli olan zərərli vərdişlərdən ,siqaretə,narkotok maddələrə və alkoqoldan istifadəyə qətiyyən yol verməməkdən ,xüsusilə ,mövcud pandemiya vəziyyətində özünəqapanmalardan ,çətinliklər qarşısında çıxış yolunu səhv seçməkdən danışdı.Onlara dərslərdən yayınaraq zərərli vərdişlərin arxasınca qaçmaq,həm özünə ,həm də ailəsinə ,ümumiyyətlə bütünlüklə cəmiyyətə zərbə vurmaq olduğunu anlatdı.Narkotok və spirtli içkilərə aludəçilik  getdikcə daha böyük bəlalara ,pul əldə etmək üçün müxtəlif cinayətlər törətməyə yol açdığını,belə insanlar üçün həyat ,yaşamaq öz dəyərini getdikcə itirdiyini,intiharlara gətirib çıxardığını qeyd edən K.Məmmədova şagirdlərə sağlam həyat tərzi yaşamağın üstünlüklərindən ,cəmiyyət üçün faydalı ,Vətən üçün layiqli vətəndaş kimi yetişməyin gözəlliklərindən ətraflı danışdı.Dərsdə həmçinin şagirdlərlə maraqlı diskussiyalar ,debatlar keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi