Bu yaz bir başqa yazdır

        Bu il Novruz bayramı əvvəlki illərdən çox fəqləndi. Xalqımız 30 illik həsrətlə ,yana-yana söylədiyi arzusuna çatdı. “O gün olsun ki ,bayramı gözəl Qarabağımızda ,Şuşada ,Cıdır düzündə qeyd edək “-deyən dillərin duasını uca Tanrı qəbul elədi ,"ata yurdum"- deyib sızlayan ürəklərin arzusu reallaşdı. Milli bayramımızı Şuşada qeyd etməyi ,tonqalımızı alovlandırmağı bizlərə nəsib etdi .Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu bu sevinci xalqımıza bəxş etdi. Liseyin distant və əyani dərslərində bu sevinci şagirdlərimizin də üzündə görməmək mümkün deyil.Liseyin musiqi müəllimi Təranə Rəsulovanın “Bu yaz ,bir başqa yazdır “adlı onlayın dərslərində qələbə müjdəli Novruz bayramı həvəslə qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi