Xalqımın xilaskarı-Cənab Komandanım

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-21-ci tədris ili üçün “Fəaliyyət planı”na uyğun tədbirlərin icrası müntəzəm həyata keçirilir. Həm onlayn ,həm əyani dərslərdə dövlətimizin tarixi qələbəsi ,torpaqlarımızın azad olunmasında müzəffər ordumuzun göstərdiyi şücaət ,şəhidlik mövzuları tez-tez təhlil olunur,şagirdlərlə geniş söhbətlər aparılır.
10.03.2021-ci il tarixdə liseyin psixoloqu Kəmalə Məmmədova liseyin 5-ci və 6-cı siniflərində “Xalqımın xilaskarı –tarix yazan sərkərdə “adlı xüsusi məşğələlər keçirmişdir.Məşğələlər zamanı Ali Baş Komandanın uğurlu siyasəti haqqında müzakirələr aparılmış ,videoçarxlar göstərilmiş ,şagirdlərlə diskussiyalar keçirilmişdir.K.Məmmədova qeyd etmişdir ki,Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti,onun komandanlığı ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu ədalətli mübarizədə əldə edilən zəfər bizim igid oğullarımızın qanı ,canı bahasına qazanılıb. Böyüyən gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində şəhid və qazilərimizin həyatı ,şərəfli döyüş yolu örnək olmalıdır.