Nizami mövzularında onlayn dərslərimiz

                Dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32 bəndini rəhbər tutaraq 2021-ci ili "Nizami ili" elan etdi.Qərarla əlaqədar 16 nömrəli Texniki-humanitar liseydə distant formada silsilə tədbirlər keçirilir.
Liseyimizin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova 6"E" sinfində ədəbiyyat dərsini insanları daim əxlaqi kamilliyə çağıran,yüksək mənəvi keyfiyyətlər aşılayan,yaradıcılığı bu gün də öz aktuallığını itirməyən böyük mütəfəkkirə həsr etdi.Abubakr Sadıxov Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalardan danışdı.Leyla Kərimova isə videotəqdimat hazırlayaraq filosof şairin həyat və yaradıcılığından söhbət açdı,sözügedən əsərlərə  çəkilmiş illüstrasiyaları təqdim etdi.
        "Sirlər xəzinəsi"nə daxil olan "Kərpickəsən kişinin dastanı"  hekayəti 6"E" sinfinin şagirdləri tərəfindən səhnələşdirildi.Gülxanım Həsənova müəllif,Eybulla Soltanlı kərpickəsən kişi,Nihat Şahverdizadə növcavan rolunu məharətlə ifa etdilər.
    Mələkxatun Məmmədova,Tuncay Ələkbərli,Cəlal Əlizadə isə şairin əsərlərindən götürülən, aforizmə çevrilmiş misraları səsləndirdilər.Şagirdlərimiz filosof şairin elmə,təhsilə,daim mütaliə etməyə,öz üzərində çalışıb maariflənməyə çağırış tipli nəsihətamiz kəlamlarının daha çox olduğunun vurğuladılar.
Dərsin sonunda Nizami Gəncəvinin "Sənsiz" qəzəli əsasında yazılmış eyniadlı romans səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi