Mülki Müdafiə Günü qeyd olundu

01.03.2021-ci il tarixdə liseydə Mülki Müdafiə Günü qeyd olundu. Liseyin ənənəvi dərslərində  xüsusi karantin rejiminin tələblərini gözləməklə müəllimlər Mülki müdafiə haqqında şagirdlərə məlumat verdilər.Fövqəladə hallar baş verdikdə necə davranmaq ,təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmaq,yanğının söndürülməsi, yaralılara ilk tibbi yardımın göstərilməsi, fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatları şagirdlərin nəzərinə çatdırdılar. Əleyhiqaz ,onun növləri ,hansı hallarda ondan istifadə edilməsini ,ilk tibbi yardım və onun göstərilmə qaydaları haqqında söhbət açdılar. Liseyin ibtidai sinif müəllimi Türkan Məcidovanın 1”C”sinfindəki  Mülki Müdafiə mövzusunda dərsi xüsusi olaraq fərqləndi .Dərsdə göstərilən slaydlarda şagirdlərə fövqəladə hallar və onlar baş verən zaman davranış qaydaları haqqında geniş məlumat verildi. Liseyin ibtidai sinif müəllimlərindən Z.Tahirovanın ,M.Süleymanovanın ,S.Zəkəriyyəyevanın da Mülki Müdafiə Gününə həsr olunmuş xüsusi dərsləri  keçirildi.                             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi