Xocalı ,qisasın alındı

    Hər zaman vətənpərvər mövzularda çıxışları,tədbirləri və dərsləri ilə fərqlənən 1 "C" sinfində 26.02.2021 -ci il tarixində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərs keçirildi.Sinif rəhbəri Türkan Məcidova qan yaddaşımızdan heç vaxt silinməyəcək Xocalı soyqırımı  haqqında 1 "C" sinif şagirdlərinə ətraflı məlumatlar verərək,hazırladığı videoçarxı şagirdlərə nümayiş etdirdi.O qeyd etdi ki, qisası alınmış Xocalı dərdinə 44 günlük müharibədən sonra qazandığımız zəfərlə , azad torpaqlarımızla məlhəm olacağıq.Şagirdlər Xocalı faciəsinə və eləcə də bu faciənin günahsız qurbanlarına  həsr olunmuş şeirləri səsləndirdilər.Vətənpərvər birincilər "Xocalı faciəsi"-ni əks etdirən rəsm əsərlərini nümayiş etdirdilər.1 "C" sinif şagirdlərinin əl işlərindən ibarət sərgi  təşkil olundu.Həmçinin ,dərsdə Xocalı faciəsinin günahsız qurbanları və şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi