İlk dərslər Xocalı faciəsinə həsr olundu

        26.02.2021-ci il tarixdə liseyin onlayn və əyani keçilən ilk dərsləri Xocalı faciəsinə həsr olunub.Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu bir daha şagirdlərin diqqətinə çatdırmışlar. Bildirilib ki, məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyəti və günahkarları üzə çıxarılıb.Şagirdlər Vətənə,torpağa aid şeirlər söyləmiş, mahnılar ifa etmişlər.Videoçarxlar göstərilmiş,təqdimatlar nümayiş olunmuşdur.Faciənin 29 -cu ildönümü hər il olduğundan fərqli yad edilmişdir. Müzəffər ordumuzun rəşadəti ilə qazandığımız zəfər ,azad olunan torpaqlarımız , qisası alınmış Xocalı şagirdlərin çıxışlarında  öz əksini tapmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi