Vətənin qəhrəman oğullarını tanıyaq və tanıdaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “ istiqaməti üzrə tədbirlər liseydə böyük həvəslə təşkil olunur.Azərbaycan xalqının sentyabrın 27-dən başlayaraq 44 günlük müharibədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununu şagirdlərə çatdırmaq üçün müxtəlif səpkidə qələbə dərsləri keçirilir.Bu qələbəni bizə qazandıran şəhid ,qazi və zabitlərimizin həyat və mübarizə yollarının şagirdlərə tanıtması hər kəsin vətəndaşlıq borcu olduğu aydın görünür.Liseyin dil-ədəbiyyat müəllimi Gülmira Hüseynovanın 7”D” sinfində ədəbiyyat dərsi zamanı göstərilən videoçarx şəhid həkim ,Azərbaycan Milli Ordusunun polkovnik leytnantı Rasim Abdullayev haqqında idi.Şəhidin keçdiyi döyüş yolu,hərbi həkim kimi fəaliyyəti 7”D” sinif şagirdi Şəhrizad Nəbiyevanın hazırladığı videoçarxda geniş nümayiş etdirildi. Həm aprel döyüşlərində ,həm də IIQarabağ müharibəsinin ilk günlərindən Rasim həkimin neçə-neçə yaralımızı döyüş bölgəsindən çıxarması ,həyatını xilas etməsi ,müharibənin son gününədək əsgərlərin yanında olması şagirdlərdə ona qarşı dərin hörmət və minnətdarlıq hissi yaratdı .Həmçinin,G.Hüseynova şəhidin əslən Kəlbəcərdən olmasından ,kövrək qəlbli şairliyindən, tələbəlik illərindən bugünəcən vətən həsrətli şeirlər yazmasından danışdı ,şeirlərindən misralar səsləndirdi. Rasim Abdullayevin “Vətən uğrunda”,”Şuşanın azad olunmasına görə “ ,”Qüsursuz hərbi xidmətə görə “və s. medallara layiq görülməsi ,nəhayət ən ali mükafata -şəhidlik zirvəsinə ucalması  şagirdlərə Vətənə sevginin ən ali nümunəsi çatdırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi