Qarabağda erməni vandalizminin izləri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 -ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası , flora və faunası , mədəni abidələri , dini ibadətgahları,tanınmış şəxsiyyətləri və s. haqqında məlumatların dərslərə inteqrasiyası şagirdləri müxtəlif müsabiqə və tədbirlərə ,yarışmalara həvəslə qatılmasına sövq edir.Liseyin 10”A” sinif şagirdi Bayramov İlkin Mənsur oğlu Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Qarabağ zəfərinə həsr olunmuş müsabiqədə iştirak etmiş və qaliblər sırasında diplom və hədiyyələrə layiq görülmüşdür.Qeyd edək ki,İ.Bayramov bu müsabiqəyə “İşğal edilmiş torpaqlarımızda erməni vandalizminin izləri”adlı çıxışı ilə qatılmışdır .O öz çıxışında vandalizmə məruz qalmış abidələrimiz ,dini ibadətgahlarımız haqqında geniş məlumat vermişdir.