Şagirdləri zəfərimizlə qarşılayırıq

V-IX siniflərdə əyani tədrisin bərpasına hazırlıq görülür.Fevralın 15-dən liseyimizin V-IX siniflərində əyani tədris qismən bərpa olunacaq.
Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur. Bununla bağlı liseydə müvafiq hazırlıq işləri həyata keçirilir.Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası daim nəzarət altındadır.
Qeyd edək ki,şagirdlər müharibənən getdiyi ən çətin günlərdə məktəbdən ayrılmışdılar.Fevralın-15 də şagirdlərimiz liseyə qalib ölkənin övladı ,vətəndaşı kimi qayıdacaqlar.Onlara bu zəfəri hiss etdirmək üçün liseydə qələbə əhval –ruhiyyəsini əks etdirən çoxlu stendlər ,sərgilər,guşələr yaratmışıq.Düşmən işğalından azad olunmuş rayonlarımızın hər birinə aid ayrıca stendlər hazırlanmışdır.Bu stendlərdə həmin rayonların yaranma tarixi ,ərazisi,coğrafi mövqeyi,əhalisi ,tarixi abidələrİ,dini ibadətgahları,düşmən işğalına məruz qaldığı və azad olunduğu tarixi və s. maarifləndirici məlumatlar öz əksini tapmışdır.Qürurverici hal odur ki , həmin rayonların azad olunması ,onların uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərilməsinə görə medalların təsis edilməsi ,neçə hərbiçimizin bu medallara layiq görülməsi də qeyd olunmuşdur. Bu stendlər içərisində 7”D” sinfinin hazırladığı Şuşa qalasının maketi və 5”D” sinfinin hazırladığı “Böyük zəfər “stendi xüsusi olaraq fərqlənmişdir.