Lütfizadə həftəsi informatika dərslərilə yekunlaşdı

        Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi ,tanınmış alim,Lütfəli Ələsgərzadənin anadan olmasının 100 illiyi münasibətilə onun təhsil aldığı bu liseydə Lütfizadə həftəsi elan olunmuşdur.Liseyin onlayn və əyani dərslərində alimin həyatı , elmi fəaliyyəti işıqlandırılmış , ətraflı söhbət aparılmış ,onun haqqında videoçarxlar nümayiş etdirilmişdir.Riyaziyyat və informatika dərslərinin əsas mövzusu bu həftə Lütfizadə ilə bağlı olmuşdur.Bu mövzuda daha bir xüsusi informatika dərsini liseyin informatika müəllimi Gülnarə Qasımova 8”A”sinfində keçirmişdir.Dərsdə alimin nəzəriyyələri ,elmi kəşfləri barədə geniş söhbət açılmış ,videoçarxlar göstərilmiş,təqdimatlar dinlənilmişdir.Şagird araşdırmalarında Lütfizadənin şərəfli ömür yolu təhsilalanlara örnək olaraq seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi