Lisey 100 yaşlı alimin ilk məktəbi idi

    Bugün dünya şöhrətli alim Lütfəli Rəhim oğlu Ələsgərzadənin anadan olmasının 100 illiyi tamam olur. Alimin ilk təhsil illəri məhz bu liseylə bağlı olsuğu üçün hər il müxtəlif tədbirlərimiz həyata keçirilir.Bu həftəni liseydə”Lütfizadə həftəsi “elan etmişik. Liseyin onlayn dərslərində ,ibtidai siniflərdə əyani dərslərdə alimin həyatı ,şərəfli ömür yolu ,elmi fəaliyyəti,kəşfləri haqqında şagirdlər məlumatlandırılır ,videoçarxlar göstərilir,təqdimatlar hazırlanır.Müxtəlif telekanallardan liseyə çəkiliş aparmaq üçün ,Lütfizadə haqqında reportaj hazırlamaq üçün əməkdaşlar gəlir ,müsahibələr götürür,videosüjetlər hazırlayırlar.Alimin 2008-ci ildə Azərbaycana dəvət olunmasından ,öz məktəbini ,doğma sinfini görmək üçün liseyə gəlməsindən ,liseydəki möhtəşəm görüşündən maraqlı söhbətlər açılır,həmin illərdə çəkilmiş fotoşəkillərə baxılır,xatirələr yada salınır.

        Müstəqil öyrənmək bacarıqlarının günün tələbinə çevrildiyi bir zamanda Lütfizadənin həyat və fəaliyyəti gənc nəslə örnək olaraq öyrədilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi