Bugün riyaziyyat dərsləri Lütfizadəyə həsr olundu.

04.02.2021-ci il tarixdə ilk təhsilini bu liseydə almış Lütfəli Rəhim oğlu Ələsgərzadənin anadan olmasının 100 illiyi onlayn riyaziyyat dərslərdə xüsusi olaraq qeyd olundu. Liseyin riyaziyyat müəllimi Maya Qocayevanın 7”A”sinfində riyaziyyat dərsində dünya şöhrətli alimin həyatı və elmi fəaliyyətinə onlayn səyahət olundu.M.Qocayeva Lütfizadənin banisi olduğu Qeyri-səlis məntiq nəzəriyyəsindən ,dünya elminə olan böyük töhfələrindən geniş məlumat verdi. Bu nəzəriyyənin riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni töhfə verməsindən,elmə qeyri-səlis ölçünün daxil edilməsinin təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə alınmağından bəhs etdi.Şagirdlər Lütfizadəyə həsr etdikləri təqdimatlarında böyük alimin həyat yolundan həvəslə söz açdılar.