Onlayn dərslərdə Lütfizadənin yubileyi qeyd olunur.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabbarova İlhamə 6"E" sinfində adı dünya elminin nəhəngləri sırasında çəkilən Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş xüsusi dərs təşkil etdi.Lütfi Zadənin dünya elminə bəxş etdiyi töhfələrdən danışan şagirdlər onun 16 nömrəli Texniki-humanitar liseydə təhsil aldığını qürurla qeyd etdilər.Leyla Kərimova alimin elmi fəaliyyətini əks etdirən slayd təqdim etdi.Leyla Kərimova qeyd etdi ki, fenomenal alimin əbədi uyumaq üçün doğma yurdu Azərbaycanı seçməsi, burada dəfn olunmasını vəsiyyət etməsi əbəs deyil.O, müsahibələrində yaşadığı doğma şəhərindən-Bakıdan söhbət açar,vətəninə olan bağlılığını bildirərdi.
Eybulla Soltanlı alimin nəzəriyyələrindən,dünyanı heyrətləndirən Yaponiyanı öz elmi kəşfləri ilə təəccübləndirməsindən danışdı.
Abubakır Sadıxov,Yusif Quliyev və başqaları alim haqqında araşdırdıqları məlumatları böyük şövqlə sinif yoldaşlarına təqdim etdilər.