Ümumxalq Hüzn Günü

    19.01.2021-ci tarixində  "20 Yanvar - Ümumxalq Hüzn Günü" nə həsr olunmuş xüsusi dərslərdən biri də Türkan Məcidovanın sinif rəhbəri olduğu  1''C ''sinfində keçirildi. Şagirdlərə xalqımızın yaddaşında Qanlı Yanvar faciəsi kimi qalmış 1990-cı il 20 yanvar hadisələri haqqında ətraflı məlumat verildi və hazırlanan slaydlar,videoçarxlar nümayiş etdirildi.Türkan Məcidova dərsin gedişatı zamanı o qanlı yanvar gecəsi azadlığımız,müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında məktəblilərin də olduğunu vurğuladı.Şagirdlər dərsdə 20 Yanvar faciəsinin məktəbli şəhidləri olan - Larisa Məmmədova və İlqar İbrahimov haqqında da ətraflı məlumat əldə etdilər.Daha sonra şagirdlər 20 Yanvar faciəsi ilə bağlı öyrəndikləri şeirləri söyləyib,öz vətənpərvər hisslərini dolğun şəkildə ifadə edən şəkilləri nümayiş etdirdilər.Şagirdlərimiz canlarından keçən şəhidlərimizi birdəqiqəlik sükutla qürur və ehtiramla yad etdilər.Sonda şagirdlərin hər biri "Şəhidlərimizin canlarını fəda etdikləri Vətənə biz də layiqli vətəndaşlar olmağa çalışmalıyıq!"fikrini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi