Onlayn pedaqoji şura iclası keçirildi

        15.01.2020-ci il tarixdə liseydə onlayn Pedaqoji Şura iclası keçirildi.İclasda 33 nəfər iştirak edirdi.İclasın gündəliyinə distant dərslərin müzakirəsi , BŞTİ -nin 2020-2021 ci tədris ili üçün Fəaliyyət planı , fənn olimpiadalarının məktəb mərhələsinin onlayn təşkili və s.məsələlər öz əksini tapdı. İclası giriş sözü ilə açan liseyin direktor əvəzi Zenfira Nurulla müəllimləri salamlayaraq belə çətin şəraitdə , mövcud pandemiya dövründə səbr və əzmlə , məsuliyyətlə distant dərsləri tədris etdikləri üçün təşəkkür etdi, bu dərslərə özünün müntəzəm nəzarət etdiyini kollektivin nəzərinə çatdırdı . Distant dərslərə qoşula bilməyən uşaqlar haqqında sinif rəhbərləri məlumat verdilər , problemin səbəblərini izah etdilər.Fənn olimpiadalarının suallarının hazırlanıb həm məktəbin email ünvanına göndərdikləri ,həm istifadə edəcəkləri platformanı artıq müəyyən etdikləri haqqında fənn müəllimləri məruzə etdilər .Liseyin tərbiyə işləri üzrə direktor müavini A.Nəbiyeva Fəaliyyət planı ilə kollektivi tanış etdi ,bu plandan irəli gələn tədbirlərin həyata keçirilməsi haqqında tövsiyələrini çatdırdı. İclas gündəlikdəki digər məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsilə işini davam etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi