Mənim zəfər bayrağım

            13.01.2021-ci il tarixində liseyin 6”A”sinfinin Azərbaycan dili dərsində Bəxtiyar Vahabzadənin “Bayraq “şeiri əvvəlki illərdən fərqli təhlil olundu. Liseyin dil -ədəbiyyat müəllimi A.Nəbiyeva şagirdlərə bayrağımızın 30 il sonra qalib ölkəmizin zəfər bayrağına çevrilməsindən, bu bayraq uğrunda canından keçən oğullardan danışdı . Çoxdan layiq olduğu zirvələrə ucalan bayrağımız şagirdlərin təqdimatında ,söylədikləri şeirlərdə, hazırladıqları videoçarxlarda yenidən dalğalandı . A.Nəbiyeva şagirdlərə anlatdı ki, onlar xoşbəxt övladlardır ki , bu tarixi yaşadılar , 44 günlük müharibənin hər anını həyəcanla izləyərək bayrağımızın hərgün zirvələrə sancılmağını öz gözlərilə gördülər.Bu bayrağı ucaldan oğulları tanıdılar .Dərsdə işğaldan azad olunan torpaqlarımıza bayrağı sancan , şəhid olan , bayraqla bərabər ucalan qəhrəman oğullar haqqında videoçarxları izlədilər . 6”A” sinif şagirdi Bərdədə yaşayan Həsənli Mehdi şəhid Xudayar Yusifzadənin məzarı yanında hazırladığı çıxışı, “Bayraq”şeirini ,videoçarxı dərsdə nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi