20 Yanvar yaddaşlardan silinməyəcək

    15.01.2020-ci il tarixində liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova 6''C''sinfində "20 Yanvar-tariximizin şanlı səhifəsi" mövzusunda dərs təşkil etdi.Şagirdlər müxtəlif video-rolik,slayd və təqdimatlar hazırlayaraq doğma Azərbaycanımızın taleyini,azadlığını,şərəf və ləyaqətini uca tutan vətən oğul və qızlarını yad etdilər.
   Şəhid məktəbli Larisa Məmmədovanın qəbrini ziyarət edən Duyqu Quliyeva həyatı yarımçıq qalan məktəbli qızcığazın acınacaqlı taleyindən danışdı, hazırladığı videoçarxı dərsdə təqdim etdi.
Gülay Umudova İlham və Fərizənin dastana çevrilmiş məhəbbətindən,Afət Rüstəmova Ülvi Bünyadzadənin yarımçıq qalmış arzularından söhbət açdı.İ.Cabbarova qeyd etdi ki,şəhidlərimizi xatırlayaraq kədərlənsək də,qürur hissi də keçiririk,çünki onlar 70 il əsarətdə qalan Azərbaycanın yaxın zamanlarda yenidən  qazanacağı müstəqilliyindən xəbər  verən qaranquşları idi.Məhz onlar bu günü Azərbaycanımızın tarixinə müstəqillik,istiqlal və hüriyyət uğrunda xalqın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi