Qazi məzunumuz medalla təltif olundu

            Liseyin 2018-ci il məzunu Kaşıyev Fərid Şahsevər oğlu ll Qarabağ müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandanımız tərəfindən “Xocəvəndin azad olunmasına görə“ və “Hərbi xidmətlərə görə“medalları ilə təltif olunmuşdur.Fərid  01.08.2020 -ci il tarixdə Nəsimi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır . Füzuli rayonu uğrunda gedən döyüşlərdə,Veysəlli kəndinin düşməndən azad olunmasında ,Xocavənd rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətinə görə fərqlənmiş və ağır yaralanaraq qospitala yerləşdirilmişdir . Allahdan qazimizə şəfa diləyir,tezliklə sağalıb evinə dönməsi üçün dualar edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi