Biz zəfərlə qayıtdıq

            Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 -ci il tarixli F-512 nömrəli əmri  ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq liseyin onlayn dərslərində Qarabağ və işğaldan azad olunmuş digər rayonlarımız ,44 günlük müharibə və qazanılan böyük zəfər haqqında şagirdlərlə videokonfranslar ,xüsusi dərslər keçirilir. Liseyin ibtidai sinif müəllimi Elza Səmədovanın 4''A'' sinfində xüsusi dərsi də böyük qələbəmizə həsr olunmuşdur.Dərsdə düşmən erməni ordusunun sentyabrın 27-də ''böyük Ermənistan'' yaratmaq, yeni torpaqlar işğal etmək məqsədilə Azərbaycana hücum etməsindən,Azərbaycan xalqı və ordumuzun dövlət başçımız, ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verməsindən böyük fəxarət hissilə söhbət açıldı. E.Səmədova şagirdlərlə müzakirəsində qeyd etdi ki,Vətənimizin igid oğulları 44 günlük müharibə zamanı 30 il erməni işğalında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü təmin etmişlər. Müzəffər ordumuz düşmən ordusunu darmadağın edib, 7 rayonumuzu və  Qarabağın gözü olan Şuşanı azad etdi. Kəlbəcər, Ağdam və Laçını da döyüşsüz təhvil almışlar.
       Dekabr ayının 10-da Bakı şəhərində Böyük Zəfər paradı keçirilməsi bütün dünyaya xalqımızın və ordunun Dəmir Yumruq kimi sıx birliyini nümayiş etdirdi. Dərsdə 4-cü sinif şagirdləri də ordumuzun qazandığı qələbəyə sevinclərini şeirlərlə, mahnılarla ifadə etmişlər. Onların söylədikləri"Biz Qarabağa gedirik" ,''Vətən oğulları'',''Paşam, hey''və s. şeir və mahnılarda zəfərimizin sevincinin şagirdlərdə yüksək ruh yüksəkliyinin yaratdığı hiss olundu
    E.Səmədova sonda onu da qeyd etdi ki,indi xalqımız Qarabağa döyüşməyə yox, qurub-yaratmağa, dağıdılmış kəndlərimizi, şəhərlərimiz yenidən tikməyə, yollar salmağa, torpaqlarımıza yenidən həyat verməyə gedəcək.
    Azad olunmuş şəhərlərimizə, kəndlərimizə aid yeni yaranmış bayatılar da bu dərsdə sagirdlər tərəfindən söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi