Vətənin qəhrəman oğulları
16.12.2020-ci il tarixdə liseyin ingilis dili müəllimi Sevil Orucovanın 10”A”sinfində ingilis dili dərsi “Vətənin qəhrəman oğulları “və “Azad torpaqlarımız “mövzularına həsr olundu .Şagirdlər müzəffər ordumuzun Vətən müharibəsində qazandığı zəfər , şanlı tariximizdə açdığı yeni səhifə , adı tarixə qızıl xətlərlə yazılan qəhrəman oğullar haqqında təqdimatlarını təqdim etdilər.Düşmən işğalından azad olunan torpaqlarımızın qədim və zəngin keçmişi,indi isə erməni barbarlığının acı təsvirləri haqqında ingilis dilində debatlar qurdular .