Əhmədiyyə Cəbrayılovun 100 illiyi

        14.12.2020-ci il tarixdə liseyin tarix müəllimi Səfa Allahyarova 8”C” sinfində tanınmış partizan və kəşfiyyatçı Əhmədiyyə Cəbrayılova həsr olunmuş onlayn xüsusi dərs keçirdi . Dərsdə ll dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatinin iştirakçısı olan partizan Armed Mişel, Xarqo, Ryus Armed adları ilə fəaliyyət göstərmiş Əhmədiyyə Cəbrayılov haqqında geniş məlumat verildi . Səfa Allahyarova onun 1943 -cü ildə Daxau  düşərgəsindən tabutda qaçırılmasından , Şarl de Qoll ilə birlikdə Fransanın azad olunması uğrunda müqavimət hərəkatında iştirak etməsındən,1946 -cı ildə vətənə qayıdan qəhrəmana vətən xaini damğası vurulmasından,daha sonra bəraət alan Əhmədiyyə Cəbrayılovun Fransa prezidenti Şarl de Qollun SSRİ-yə səfərindən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsındən ətraflı məlumat verdi.Dərsdə şagirdlərin hazırladıqları videoçarxlar göstərildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi