Azad Qarabağ -azad Azərbaycanım

        14.12.2020-ci il tarixdə liseyin ingilis dili müəllimi Xatirə Əliyevanın 7”A” sinfində onlayn ingilis dili dərsi işğaldan azad olunmuş Azərbaycan torpaqları və düşmən üzərindəki böyük qələbəyə həsr olundu . Şagirdlər əvvəlcə hazırladıqları slaydlarda ingilis dilində Qarabağın və işğaldan qurtarılan digər ərazilərimizin dünəni və bugünü haqqında məlumat verdilər.Musiqi və şeirin , sənətin beşiyi olan Şuşadan,altı da,üstü də qızıl olan Kəlbəcərdən,gözəlliklər diyarı Laçından və digər torpaqlarımızdan danışdılar.X.Əliyeva dərsdə tarix və ədəbiyyat fənlərinə inteqrasiya aparaq bu şanlı tarixi bizə yaşadan Ali Baş Komandan İlham Əliyevin qələbəyə aparan uğurlu islahatlarından söz açmışdır.Şagirdlər vətənə,vətənpərvərliyə,qəhrəmanlığa aid şeirlər səsləndirmiş , videoçarxlar nümayiş etdirmişlər .X.Əliyeva şagirdlərə bildirmişdir ki,onlara bu azad torpaqları bəxş edən Vətənin qəhrəman oğulları ,qazi və şəhidlərimiz hər zaman hörmət və ehtirama ,diqqət və qayğıya layiqdirlər . 7”A”sinfinin şagirdlərinin xarici dildə öz fikirlərini belə məntiqli,geniş ifadə etmələri onların gələcəkdə Azərbaycan həqiqətlərini dünyaya sərbəst çatdıracaqlarına böyük inam yaradır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi