Qarabağın təbii sərvətləri

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 -ci il tarixli F-512 nömrəli əmri  ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası , flora və faunası , mədəni abidələri , dini ibadətgahları,tanınmış şəxsiyyətləri və s. haqqında məlumatların dərslərə inteqrasiyası liseyin onlayn dərslərində həvəslə həyata keçirilir.

        11.12.2020-ci il tarixdə liseyin coğrafiya müəllimi Solmaz Quliyeva 6”A” sinfində “Qarabağın təbii sərvətləri “ mövzusunda nümunəvi dərs keçirmişdir .Dərsdə Qarabağın relyefindən , faydalı qazıntılarından, yeraltı ,yerüstü sərvətlərindən  geniş məlumat verilmişdir.S. Quliyeva şagirdlərə anlatmışdır ki, ermənilər bizim torpaqların nəinki üstünü ,altını da talan etmişlər ,sərvətlərimizi , faydalı qazıntılarımızı mənimsəmişlər . Dərsdə liseyin məzunu  , 6”A”sinif şagirdi Amin Kaşıyevin qardaşı Qarabağ qazisi Fərid Kaşıyev də qonaq qismində iştirak etmişdir. Fərid döyüş yolundan , vuruşduğu bölgələrdən , o yerlərin gözəlliyindən , iqlim şəraitindən xeyli söhbət açmışdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi