Qazimiz dərsimizin fəxri qonağı oldu

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 -ci il tarixli F-512 nömrəli əmri  ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq  şagirdlərin ordu sıralarındakı xidmətə mənəvi -psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə ərazidəki hərbi hissələrlə əlaqələrinin möhkəmləndirilməsi , əsgər və zabitlərlə görüşlərin təşkili həyata keçirilir.Liseydə distant keçirilən dərslərdə bu istiqamətdə müxtəlif layihələr icra olunur .

        Tarixin ən sərt dönəmlərində xalqımızın varlığı,azadlığı naminə igid oğullarımız torpaq uğrunda ayağa qalxdılar ,öz şirin canlarından keçib şəhid oldular,bir qarış torpağımızdan belə keçmədilər.Daima qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq tarixini hər zaman şərəflə yaşadıb,yaşadacaq və yaşatmaqdadır.Bu cür tarix yazan qəhrəmanlarımızdan biri olan,Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş  gizir Hüseyn Həsənov liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkilatçılığı ilə keçirilən distant dərsdə fəxri qonaq qismində iştirak etdi.Gizir H.Həsənov Zəngilan uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş,ön cəbhədə vuruşmuşdur. 
 O, şagirdlərlə öz döyüş təəssüratlarını bölüşdü və səngərdə eşitdiyi bir fikrin doğmalığından danışdı:"Döyüş növbətçiliyi aparan əsgər son döyüşdən söz açmışdı. Bu ifadə düşüncələrimi tərpətmişdi.Son döyüşü işğalın son nəfəsi olacaq. Son döyüşü tarixin səmtini döndərmək istəyənlərə vətənpərvərliyin oxuduğu hökm biləcəyik. Bu hökmün icraçısı Azərbaycan əsgəri olacaq. Döyüşlərin yaşarı, bəşəri nidası Şuşanın dağlarının dumanını dağıdacaq, Cıdır düzünün çiçəklərinin ləçəklərinə sığal çəkəcək, bulaqların sıxıntılardan sıyrılan şırıltısına qarışacaq."
        Gizir H.Həsənov deyir ki, hərbi xidmət borcdu, biz bu borcu böyük sədaqətlə yerinə yetiririk. "Vətəndaşın Vətən borcu hərbi xidmətlə tamamlanmır. Əsl vətəndaş üçün Vətən borcu son nəfəsəcən yerinə yetirilməli olan borcdu".
Şagirdlər fəxri qonağın döyüş təəssüratlarını,söylədiyi fikirləri diqqətlə və maraqla dinləyib,hər zaman vətənə layiqli övlad olacaqlarına dair söz verdilər.Fəxri qonaq isə yenidən cəbhəyə qayıdacağını və vətən uğrunda döyüşməyə hər zaman hazır olduğunu vurğuladı.Gizirimizin çıxışından sonra bir fikir düşüncələrimizə hakim kəsildi: "Xalqımızın belə igid,mərd oğulları olduqca hələ Azərbaycan xalqı çox şanlı qələbələr yaşayacaq!"Sonda sinif rəhbəri Türkan Məcidova və 1 ''C ''sinif şagirdləri təklifimizi qəbul edib dərsimizdə iştirak etdiyi üçün fəxri qonağa öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi