Səsin gəlir,Xarıbülbül

        08.12.2020 tarixində liseyimizin ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkilatçılığı ilə 1 ''C ''sinif şagirdlərinin təqdimatında şanlı qələbəmizə həsr  olunmuş "Səsin gəlir,Xarıbülbül"adlı  online dərs keçirilmişdir.Dərsin giriş hissəsində şagirdlərə Xarıbülbül haqqında ətraflı məlumat verilmiş,onunla bağlı olan  əfsanələr səsləndirilmiş,şəkillər və videolar göstərilmişdir.Xarıbülbül tarix yazan şəhidlərimizin,işğalçıları ölkəmizdən qovan oğullarımızın mübarizəsinin ən gözəl simvoludur.Dərsin gedişi zamanı 1''C''sinifşagirdləri şanlı qələbəmizin səbəbkarlarını,şəhidlərimizi Xarıbülbülün məğrurluğu ilə yad etdilər.Xarıbülbülün hər zaman əzəli və əbədi torpağımız olan Qarabağımızın,doğma Şuşamızın rəmzi olduğu şagirdlərin nəzərinə çatdırıldı.Dərsin gedişatı zamanı  1 ''C'' sinif şagirdləri   "Vətən bağı al-əlvandır,var içində Xarıbülbül"şüarı altında çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi