Tarix yazan əsgərim

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmri  ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq  Qarabağ müharibəsində işğal olunmuş torpaqlarımızın azad edilməsində böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuş , qazi kimi qayıtmış oğullarımız bugün şagirdlərimizə örnək olaraq göstərilir .Şagird və müəllimlərimiz “Vətənin qəhrəman oğulları “ mövzusunda təqdimatlar,videoçarxlar hazırlayır, onlayn dərslərdə nümayiş etdirir,söhbət aparırlar.

        Liseyin ibtidai sinif müəllimi Mətanət Süleymanovanın 1”A”sinfində keçirdiyi onlayn tədbir Vətənimizin igid oğullarına həsr olunub . M. Süleymanova şagirdlərə çatdırır ki, 'bugün zəfər çalmış bir ölkənin vətəndaşı olaraq qürur hissi keçirirəm.İşğaldan azad olmuş torpaqlarda dalğalanan bayrağımı gördükcə fəxarətdən ürəyim dağa dönür .Qanı və canı ilə bu qələbəni bizə yaşadan ,bugün bu torpaqda rahat , qorxusuz , alnıaçıq gəzək deyə həyatını qurban verən igidlərimizə borcluyuq.Şəhidsiz torpaq,torpaqsız Vətən,Vətənsiz biz var olmarıq.”M.Süleymanova yazmış olduğu “Şəhidlər ölməz “ şeirində də şagirdlərinə demək istədiyi fikirləri misralara köçürmüşdür.Şagirdlər də dərs zamanı Vətənin qəhrəman oğullarına həsr olunmuş şeirlər səsləndirmişlər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi