Qarabağ mətbəxi və milli geyimləri

        Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrindən irəli gələn məsələlərin əhatə olunduğu Fəaliyyət planına əsasən Qarabağın tarixi,coğrafiyası,flora və faunası,mədəni abidələri,dini ibadətgahları,adət-ənənələri ,şifahi xalq ədəbiyyatı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası həyata keçirilir. Liseyin dil-ədəbiyyat müəllimi İlhamə Cabbarovanın 6”C”sinfində onlayn keçdiyi Azərbaycan dili dərsində Qarabağın mətbəxi haqqında, dadı-tamı dillərdə dastan olan ləziz yeməklərindən,onların hazırlanma qaydasından söhbət açıldı . Həmin sinfin əlaçı şagirdlərindən olan Duyqu Quliyeva Qarabağ xörəklərini əks etdirdiyi  divar qəzetini dərsdə təqdim edərək xalqımızın zəngin yemək , süfrə mədəniyyətinə malik olmasını vurğuladı . Həmçinin,dərsdə Afət Rüstəmli Qarabağın qədim geyimləri haqqında araşdırmasını təqdim etdi.O,köynək ,nimtənə çəpkən,arxalıq,tuman,kürdü,duvaq,müxtəlif bəzək əşyalarından;kəmər,boyunbağı,çarpaz və s. haqqında məlumat verdi, slayd və videoçarxlar göstərildi.Şagirdlər bir daha inandılar ki,28 ildən sonra Qarabağda həyat yenidən canlanacaq, o torpaqlar yenə əkiləcək,becəriləcək,xalq nemətini süfrəyə qoyacaq ,milli geyimləri və zəngin təamları ilə qonaqlarını qarşılayacaq, Şagirdlər sonda qeyd etdilər ki ,azad olunmuş o torpaqlara yeni nəfəsi biz verəcəyik , Qarabağın əsl sahibləri!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi