28 illik həsrətin sonu

            03.12.2020 tarixində liseyin dil-ədəbiyyat müəllimi İlhamə Cabbarovanın 6”C”sinfində ədəbiyyat dərsi II Qarabağ müharibəsində qazandığımız qələbəyə həsr olundu . Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 -ci il tarixli F-512 nömrəli əmri  ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq  Qarabağ müharibəsində işğal olunmuş torpaqlarımızın azad edilməsindən şagirdlərə ətraflı məlumat verildi .Müzəffər ordumuzun rəşadəti sayəsində əldə etdiyimiz torpaqların qorunması üçün ,gələcək nəsillərə azad , abad miras verilməsi üçün hər bir şagird vətənə sadiq və ləyaqətli şəxsiyyət kimi tərbiyə olunmalıdır  .Dərsdə heç vaxt görmədikləri torpaqlardan danışdıqca səsi titrəyən , şeirləri ilə qəhərlənən şagirdləri gördükcə xalqımızın hər zaman vətənpərvər ,qəhrəman övladlarının yetişdiyinin şahidi oluruq .Şagirdlərin hazırladıqları slaydlarda , videoçarxlardada 44 günlük savaşda canını , ömrünü fəda etmiş şəhid və qazi oğullarımızın şücaətindən söhbət açdılar, özlərinin hər zaman onların davamçısı olacaqlarına söz verdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi