Şəhidlərimizi sükut və dərin hüznlə anırıq

04.12.2020-ci il tarixində liseyin onlayn dərslərində II Qarabağ savaşında şəhid olan qəhrəmanlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildi . Onların bir gün , birdəqiqəlik sükutla deyil ,ömrümüz boyu yad ediləcəyi , hər zaman qəlbimizdə əbədi yerlərinin olması vurğulandı .Xalqımızın qazandığı bu möhtəşəm qələbənin şəhidlərimizin canı ,qanı bahasına əldə edildiyini , düşmən əsarətindən azad edilən torpaqların onların rəşadətilə , əzmilə geri alınmasını müəllimlər dönə -dönə şagirlərə çatdırırlar.
Liseyin musiqi müəllimi Təranə Rəsulova bugün keçdiyi musiqi dərslərini bütünlüklə şəhidlərə həsr etmişdir . Bu 44 gündə həm vuruşan , həm də əsrarəngiz səslərilə , rəqslərilə cəbhədə düşmənə meydan oxuyan oğulların bizə əbədi xatirə qalan ifalarını səsləndirmiş, öz möhtəşəm ifası ilə könülləri fəth edən Xudayar Yusifzadənin cəbhədə oxuduğu ''Vətən ''mahnısını şagirdlərə səsləndirmişdir . Şəhidin məşhur olan ifasındakı Vətən eşqi dinləyən hər kəsi qəhərləndirmişdir .Bütün şagirdlərin vətənpərvər ruhda tərbiyə almasında şəhidlərin canlı salnaməyə çevrilməsi, günün real qəhrəmanları timsalı olması vurğulanmışdır.