Laçın işğaldan azad olundu

            02.12.20 tarixində ''44 günə bitən 10424 günlük həsrət''  başlığı altında liseyin coğrafiya müəllimi Nuranə Gürşadlının təşkilatçılığı ilə 7d sinif şagirdlərinin təqdimatında Laçın rayonun işğaldan azad olunmasına həsr olunmuş videokonfrans keçirilmişdir . Videokonfransın giriş hissəsi Azərbaycan Respublikası Ali Baş Komandan İlham Əliyevin Laçın rayonun işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına ünvanladığı təbriklə başlamışdır .

 Sinif şagirdlərindən Nuridə Cəfərli Laçın rayonun, onun coğrafi mövqeyi , yaşayış məskənləri və rayonun ölkəmizin iqtisadi, mədəni həyatında mühüm rolundan danışdı. Eyni zamanda özünün hazırladığı videoçarxı  iştirakçılara təqdim edərək təkrarolunmaz gözəlliyi, əsrarəngiz təbiəti ilə seçilən dilbər guşəmizin möhtəşəm relyef xüsusiyyətləri ilə yanaşı rayon ərazisində məskunlaşan etnik kürdlərin burada məskunlaşması ,onlara məxsus kəndlər və multikulturalizmin beşiyi olan Qarabağda dostluq, sülh içərisində yaşadıqlarını diqqətə çatdırdı.

        Aynur Mövsümzadə Laçın rayonun Cimcimli kəndində yerləşən ''Məlik Əjdər'' türbəsinin rəsmini çəkmiş və iştirakçılara tarixi Elxanilər ,Səlcuqlar dövrünə gedib çıxan bu tarixi abidə haqqında məlumat vermişdir.Eyni zamanda Laçın rayonu işğal altında olduğu dövrdə türbənin  baxımsız olması, diqqətdən kənarda qalması ilə ermənilərin bu tarixi abidənin məhvinə çalışdığını diqqətə çatdırmışdır .

Əli Mustafayev Laçın rayonun qədim kəndlərindən olan Bozlu kəndi, onun ərazisində məskunlaşan tayfalar, onların kökləri haqqında  haqqında məlumat vermiş və erməni işğalından sonra kəndin adının dəyişdirilərək tarxinin saxtalaşdırılmasına çalışdıqlarını qeyd etmişdir. Bozlu kəndi ərazisində qədim Albanlara  aid daş fiqurların ,orta əsrlərə aid su dəyirmanlarının və çoxsaylı yaşayış məskəni olan mağaraların olmasını bildirmiş və hazırladığı məlumat videorolikini təqdim etmişdir .

        Həlimə Manafova isə tariximizin həssas nöqtəsi olan keçmişimizi gələcəyimiz ilə birləşdirən tarixi abidələrimiz və onlara qarşı olan erməni vandalizmini diqqətə çatdırdı. O ,Laçın rayonun Hüsüslü kəndində yerləşən ''Sultan Əjdər'' sarayı və ''Sultan Həmzə ''sarayı , onun adının dəyişdirilməsi haqqinda məlumat verdi. H .Manafova vurğuladı ki,erməni mətbuatının yaydığı xəbərə görə 1998-ci ildə Sultan Həmzə sarayının daşları daşınaraq İrəvana aparılmışdır. Daha sonra 2007-ci ildə sarayın bünövrəsi üzərində otel kompleksi inşa edilmişdir. Bütün bunlar ölkəmizin tarixinə, mədəniyyətinə yönəlmiş bir etnik təmizləmə, Azərbaycanın qədim tarixinə kölgə salmaq cəhdi kimi şagirdlər tərəfindən qiymətləndirilmişdir .

        Riad İmanverdizadə Qarabağ yaylasında yerləşən və tarixi İbtidai İcma dövrünə qədər gedib çıxan  Mirik kəndi haqqında iştirakçılara məlumat vermişdir .Kənd ərazisindəki memarlıq nümunələri , antik qala, təbii kahalar, yeraltı mağaralar, tunellər və kəhrizlər XVI əsrə aid məbəd ilə yanaşı kəndin məşhur nəsilləri onların qolları haqqında məlumatı iştirakçılara çatdırdı , eyni zamanda hazırladığı videoroliki nümayiş etdirdi.

        Videokonfrans zamanı iştirakçılara Laçın rayonun tarixi -coğrafi şəraiti , əlverişli iqtisadi coğrafi mövqeyi , tarixi abidələri , landşaft kompleksləri, dövlət təbiət qoruqları, su hövzələri, yeraltı sərvətləri, etnik tərkibi, xalçaçılıq nümunələri  haqqında geniş məlumat təqdim olundu. 
        İkinci Qarabağ müharibəsi zamanı Laçın rayonun işğaldan azad olunması imzalanmış üçtərəfli bəyanat əsasında həyata keçirilmişdir .Müzəffər Azərbaycan ordusu 01.12.20 tarixində Laçın rayonuna daxil olmuşdur. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlarin xatirəsinə hörmət əlaməti olaraq birdəqiqəlik sükutla iştirakçılar Vətən müharibəsi şəhidlərini anmışlar. Süküt zamanı şagirdlər görüntülərini bağlamış və ekrana çıxan mənzərə bizi daha da qürurlandırmışdır. Şagirdlər Qarabağ müharibəsi şəhidlərinin anım rəmzinə çevrilmiş ''Xarı Bülbül'' ün şəklini profil şəkli kimi istifadə etmişlər .Bu gənc yaşda qəlbi vətən sevgisi ilə döyünən şagirdlər, bu ölkənin parlaq gələcəyinə ,bütöv Azərbaycanın gələcəyinin əmin əllərdə olmasına  bir işarədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi