Vətən oğulları

        Vətənpərvərlik hələ körpəlikdən şagirdlərin canına , ruhuna hopur . Hələ ibtidai siniflərdən şagirdlərimiz liseydə bu ruhda tərbiyə alırlar. Xüsusilə ,ibtidai sinif müəllimlərinin boynuna çox böyük öhdəlik düşür . Vətənə sevgini şagirdlərə hələ ilk gündən onlar tərbiyə edirlər.Öz ürəklərində olan Vətən eşqini damla -damla şagirdlərinin qəlblərinə köçürürlər . Belə müəllimlərimizdən biri də liseyin ibtidai sinif müəllimi Mətanət Süleymanovadır. O ,yüksək pedaqoji keyfiyyətləri , peşəsini sevməsi , işinə hər zaman yaradıcı yanaşması ilə həmişə fərqlənən müəllimlərdən olmuşdur , M . Süleymanova bugünlərin qələbə sevincini həm də misralara köçürmüş , torpaqlarımız uğrunda vuruşan , şəhid , qazi olan oğullarımıza , azad olunan zirvələrə sancılan bayrağımıza gözəl şeirlər həsr etmişdir.Şeirlər şagirdlərimizin də dilinin əzbərinə çevrilmişdir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi