Ordumuza dəstək

            Liseyin şagirdləri Milli Ordumuza böyük coşqu ilə dəstək verirlər.Əsgərlərimizə məktublar yazır, yardım edən ailələrə qoşulub öz kiçik payları ilə əsgərlərimizi sevindirmək istəyirlər.Şagirdlər məktublarinda  əsgərlərimizın rəşadətindən ,igidliyindən qürur duyduqlarını ,onlara bənzəmək istədiklərini ,mənfur düşmənə tezliklə qalib gəlib ,torpaqlarımızı azad edib qələbə ilə qayıtmalarına böyük inamlarından yazırlar . Balaca vətənpərvərlərimiz bayraqla daxil olduqları sinif otaqlarında müəllimlərdən aldığı dərslərdən,eşitdikləri söhbətlərdən  Vətənimizin bugün çox çətin günlər yaşadığını , şərəfli yol keçdiyini ,Azərbaycan əsgərinin şanlı tarix yazdığını anlayırlar.

        Əsgərlərimizə yardım hazırlayan ailələrimiz də çoxdur .Onların bu gözəl təşəbbüsünə  liseyin 1b sinfi də sinif müəllimi Səbinə Zəkəriyyəyevanın təşkilatçılığı ilə qoşulmuş ,hazırladıqları əsgər sovqatını könüllü  yardım aparanlarla cəbhəhə göndərmişdir.

        Liseyin müxtəlif sinif şagirdlərindən çoxlu sayda  məktublar yığılıb cəbhəyə yola salınıb ,kollektiv üzvləri yaralı əsgərlərimiz üçün qanvermə aksiyalarında iştirak edib. Liseyin şagird və müəllim kollektivi ön cəbhədəki əsgərə dəstək olmaq üçün əlindən gələni etməyə hazırdır ,çünki bugün hamımiz bir nəfər kimi Ali Baş Komandanımızın ətrafında birləşmiş,dövlət -ordu-xalq birliyinin sarsılmaz gücünə və qələbənin çox yaxında olacağına inanırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi