Balacaların "Ana dili "tədbiri

                21.02.2020 –ci il tarixdə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.Belə tədbirlərdən biri də liseyin ibtidai sinif müəllimi Türkan Məcidovanın təşkilatçılığı ilə 4”C” sinfində keçirdiyi “Mənim Ana dilim “adlı tədbir oldu. Tədbirdə Ana dilinə həsr olunmuş şeirlər ,nəğmələr səsləndirildi.Dilimizi korlayan yad sözlər şagirdlərin dili ilə milli sözlərlə əvəz olundu. Tədbirdə iştirak edən liseyin direktor əvəzi A . Nəbiyeva ,dil-ədəbiyyat müəllimi İ.Cabbarova şagirdlərin fikirlərini belə sərbəst ifadə etmələrini ,səlis nitqlə danışmalarını ,dilimizin qayda-qanunlarına düzgün əməl etmələrini yüksək qiymətləndirdilər. Həmin sinifdə təhsil alan ,liseyə gəlişinin iki il olmasına baxmayaraq Azərbaycan dilində fikirlərini sərbəst ifadə edən Pakistan vətəndaşı olan J.Anjumun Ana dilimizə aid şeri necə aydın ,gözəl söyləməsi tədbir iştiarakçılarına böyük qürur hissi yaşatdı.Bu da Ana dilimizin zənginliyinin ,şirinliyinin,müəllimin şagirdlərə aşıladığı vətən ,millət ,dil sevgisinin bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi