Liseyimizdə Mübariz İbrahimovun doğum günü qeyd edildi

            Fevralın 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür .Bu münasibətlə liseydə tədbir keçirildi.Tədbirdə qəhrəmanın qısa ,lakin şərəfli ömür yolundan danışıldı .Mübarizin adına ,vətəninə layiq oğul kimi yetişməsindən ,göstərdiyi şücaətdən bəhs edən videoçarxlar göstərildi. Ailəsinə yazdığı məktubun oxunması tədbir iştirakçılarını təsirləndirdi.9”A”sinif şagirdi Bayramov İlkinin söylədiyi şeirin son misralarında “Mən xoşbəxtəm ki ,Mübarizi yetirən xalqın övladıyam “ deməsi insanda böyük qürur hissi yaradır .Liseyin direktor əvəzi A.Nəbiyeva çıxış edərək bildirdi ki ,bizim bu zaldakı övladlarımızdan neçə -neçə Mübarizlər yetişəcək ,amma onlar şəhid olmayacaqlar,qəhrəman olaraq torpaqlarımızı geri alıb qayıdacaqlar .Tədbir şagirdlərin ifasında vətənə ,qəhrəmanlığa həsr olunmuş mahnılarla sona yetdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi