Lütfi Zadə adına V Məntiq Olimpiadası keçiriləcək

      Liseydə  məktəblilər arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

            Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçiriləcək olimpiadada liseyin V-VI sinif şagirdləri iştirak edə bilərlər.Olimpiada zamanı şagirdlərə xas olan riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur.İki mərhələdən ibarət olan olimpiadanın hər mərhələsində 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq.Olimpiadanın ilk mərhələsi fevralda liseydə keçiriləcək. Olimpiadanın final mərhələsi BŞTİ-nin təşkilatçılığı ilə apreldə təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək.

        Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə I, II və III yerlərin qaliblərinə diplom, fərqlənən iştirakçılara isə tərifnamə təqdim olunacaq.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi