Qanlı Zəfər günü

    17.01.2020 –ci il tarixdə liseydə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş  “Qanlı Zəfər Günü” adlı ədəbi – bədii kompozisiya keçirildi. Dil- ədəbiyyat müəllimi X.İsgəndərova və musiqi müəllimi T.Rəsulovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 1990-cı ilin yanvarının tarixə xalqımızın ən dəhşətli günlərindən biri kimi düşməsindən danışıldı. O şənbə gecəsinin müstəqillik yolumuzun qanlı – qadalı başlanğıcı, o gecə tökülən qanların, qurban gedən şəhidlərimizin alıb bizə verdiyi azadlığın necə şirin nemət olması qeyd olundu. Xalqın o günlərdəki yaşantısını, iztirabını şagirdlərin ifasındakı bədii parçalar, göstərilən səhnəciklər əks etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi