20 yanvar mövzulu dərslərimiz

   17.01.2020 tarixdə liseyin ibtidai sinif müəllimi T.Məcidova 4”C” sinfində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərs keçirdi. Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. T. Məcidova 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi, videoçarxlar göstərildi. Şagirdlərin hazırladıqları sərgidə faciəni əks etdirən rəsmlər nümayiş olundu. Təqdimatlarda isə xalqımızın qəhrəmanlıq tarixi haqqında maraqlı fikirləri dinləndi. Şagirdlər tarixin yaddaşına əbədi həkk olunmuş o qanlı gecəni heç vaxt unutmayacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi