"Həmrəylik Günü" və Yeni ili bayram etdik

28.12.2019-cu il tarixdə liseydə 31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəylik Günü “ və Yeni il münasibətilə bayram tədbiri keçirildi. Liseyin musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndi, "Həmrəylik Günü"nün tarixindən, H.Əliyevin tarixi xidmətlərindən şagirdlər qürurla danışdılar. Bir-birindən rəngarəng rəqslərlə əsl bayram şənliyi yaradan istedadlı şagirlərimizlə bərabər bütün şagirdlər rəqs etdilər, şənləndilər.