Kiçik akademiya tədqiqatçıları araşdırdı

Bu il görkəmli ədəbiyyatşünas alimlər:H.Araslının və M.Cəfərovun 110 illik yubileyi münasibətilə “Kiçik Akademiya “nın ədəbiyyatçı üzvləri araşdırma apardılar. Ədəbiyyatşünaslıq sahəsində bu alimlərin fəaliyyəti ətraflı araşdırıldı.Şagirdlər Həmid Araslının ədəbiyyat tariximizdə ən əhəmiyyətli xidməti olan üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabından ,”Kitabi –Dədə Qorqud “dastanının araşdırılmasında gördüyü işlərdən geniş söhbət açdılar .Onun Azərbaycan folklorşünaslığının yaradıcılarından biri olması haqqında şagirdlərin araşdırmaları dinlənildi.Üzvlərdən İzafət Ələsgərova “Nəsimi ili” ilə əlaqədar olaraq alimin Nəsimi irsinin ilk araşdırmaçısı olmasını ətraflı təhlil etdi.”Fədakar şair “oçerkinin dili ilə bağlı araşdırmalarını təqdim etdi .Alimin həm pedoqoji ,həm elmi fəaliyyətindən geniş araşdırmaları ətraflı müzakirə aparıldı.