Tədqiqat yollarında irəli

18.12.2019-cu il tarixində Nəsimi rayonu M. Hüseynzadə adına 19№ li tam orta məktəbində "Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olmuş "Gənc tarixçi -tədqiqatçıların aşkara çıxarılması " layihəsinin başlanış tədbiri olmuşdur .Layihədə gənc tarixçi -tədqiqatçılar kimi cəlb olunmuş 16 №- li THL-in ,31 №-li və 19№-li tam orta məktəbin şagirdlərinin tədqiqat işləri və esselərindən ibarət "Tədqiqat yollarında " kitabının təqdimatı da keçirilmişdir.Layihə iştirakçılarına kitab və sertifikatlar təqdim olunmuşdur. "Tərəqqi" liseyinin direktoru Nasim Abışova və Qaradağ rayonu 319 №li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev də tədbirdə iştirak iştirak etmişlər