"Həqqə gəl "adlı ədəbi -bədii kompozisiya keçirildi

13.12.2019-cu il tarixdə liseydə böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin həyat anadan olmasının 650 illiyi münasibətilə ədəbi –bədii kompozisiya keçirildi .Liseyin dil-ədəbiyyat müəllimi İ.Cabbarovanın və musiqi müəllimi T.Rəsulovanın təşkilatçılığı ilə hazırlanmış kompozisiyada şagirdlərin rəngarəng çıxışları ,mahnıları tamaşaçıları Nəsimi dünyasına səyahətə apardı . Söylənən qəzəllərdə şairin fəlsəfi dünyagörüşünün zənginliyi,daxili aləminin kamilliyi əks olundu.Tədbir iştirakçıları şairə həsr olunmuş “Nəsimi “filmindən səhnələşdirilmiş parçalara 10”A” sinif şagirdi Ə.Bağırovun , 9”A”sinif şagirdləri S.Hüseynovun, İ.Bayramovun ,11”A”sinif şagirdi M.Mirzəyevanın ifasında tamaşa etdilər.Sonda tədbirin fəal iştirakçıları diplomla təltif olundular.