Ulu Öndərin xatirəsi anıldı

Bu gün liseydə Ümummilli liderimiz H.Əliyevin vəfatının 16-cı ildönümü qeyd olundu .Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla anıldı. Tədbirdə liseyin hərbi rəhbəri , tarixi,fiziki tərbiyə müəllimləri çıxış edərək H.Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli fəaliyyətindən söz açdılar. Müxtəlif videoçarxlar göstərildi ,şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş bədii parçalar,mahnılar səsləndirdilər.