Uşaqların Beynəlxalq Müdafiəsi Günü

  1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb  Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

 157 nömrəli məktəbin rəhbərliyi və müəllim kollektivi adından bütün dünya və Azərbaycan xalqının gələcəyi olan uşaqlarımızı bu gün münasibəti ilə təbrik edirik.Siz bizim gələcəyimizsiniz.Gələcəyin gözəl olması üçün təhsil almaq vacibdir.Sizə həyatda bol uğur və sağlam həyat arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi